Rusiyalı üçlük aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında qalib gəlib

Xəbər - Cani Babayeva – Trend:

Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında üçlüklər (15-17 yaş) arasında Rusiya komandası qalib gəlib.

AzerTimes-ın məlumatına görə, rusiyalılar 19.900 xal yığaraq qızıl medal qazanın.

Gümüş medalı Rumıniya komandası (19.450 xal), bürünc medalı Macarıstan komandası (19.400 xal) qazanıb.

Qeyd edək ki, Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının final günü keçirilir.

Yarışların üçüncü günündə fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup və aerodans proqramları üzrə finallar keçirilir.

Yarış gününün sonunda bağlanış mərasimi baş tutacaq.

Qeyd edək ki, yarışlarda 18 ölkədən 202 gimnast iştirak edir.

Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparır.

Teqlər: