İran parlamentinin komitə sədri Naxçıvanda səfərdədir

Xəbər - Elnur Bağışov – Trend:

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət komitəsinin sədri Muctaba Zonnurinin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvana səfər edib.

AzerTimes-ın məlumatına görə, səfər çərçivəsində İranın nümayəndə heyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşəcək.

Görüşdə müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi haqda müzakirələr aparılacaq.

Teqlər: