Daşkəsənə 60 santimetr qar yağıb

Xəbər - Samir Əli – Trend:

Daşkəsən rayonu ərazisinə 60 santimetr qar yağıb.

Bu barədə AzerTimes-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, Gəncə-Daşkəsən-Xoşbulaq avtomobil yolunda Daşkəsən rayonu ərazisinə 30-60 sm qalınlıqda qar yağıb, 3-4 dərəcə şaxta var: “Yollar qardan təmizlənərək qum-duz səpilir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.


Şəmkir – Gədəbəy avtomobil yolunda hazırda yağıntı yoxdur. Gecə saatlarında güclü qar yağıb və şaxta olub. Qarın qalınlığı 20-40 sm təşkil edir. Hazırda duz-qum səpilir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur”.

Teqlər: