İran olayları DAK-ı fəallaşdırır: Bakıda toplantı keçirildi

İran olayları DAK-ı fəallaşdırır: Bakıda toplantı keçirildi

Bu gün Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin və Bakı təmsilçiliyinin üzvlərinin iştirakı ilə genişləndirilmiş yığıncaq keçirib.

AzerTimes xəbər verir ki, DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı toplantıda çıxış edib və bölgədəki geopolitik durumdan, DAK qarşısında duran vəzifələrdən bəhs edib.

DAK-ın İdarə Heyətinin üzvü, konqresin Güney Azərbaycan təmsilçisi Babək Muğanlı, İdarə Heyətinin üzvləri Zəlimxan Məmmədli, Adil Minbaşı, Xəzər Emin və digərləri çıxış edərək, İran İslam Cümhuriyyətində genişlənən xalq hərəkatı fonunda Güney Azərbaycanın üzləşəcəyi problemlərdən və bu hərəkata dəstəyin vacibliyindən danışıblar.

Çıxışlarda DAK-in gəncləşməsi, İdarə Heyətinin fəaliyyətinin genişləndirilməsi, təşkilatın proseslərə çevik reaksiya verməsi haqda təkliflər səslənib.

DAK həmsədri Sabir Rüstəmxanlı yekun çıxışında indiki dönəmdə Güney Azərbaycan Hərakatı ilə bir yerdə olmağın zəruriliyindən, təşkilatın güclənməsi üçün İdarə Heyətinin görəcəyi işlərdən danışıb.

Teqlər: