İran nüvə silahı istehsalına hazırdır – Şok etiraf

İran nüvə silahı istehsalına hazırdır – Şok etiraf

İran uranı kommersiya ehtiyaclarından daha yüksək səviyyədə zənginləşdirməyə davam edir.

AzerTimes xəbər verir ki, bunu MAQATE-nin baş direktoru Rafael Qrossi “Röyters”ə açıqlamasında deyib.

O, gələn ay İrana səfər etməyi planlaşdırdığını bildirib:

“İran ötən ilin sonu ilə müqayisədə uranın zənginləşdirilməsini ləngitsə də, hələ də ayda 7 kq və 60 faiz saflıq dərəcəsi ilə uranı zənginləşdirir. Siz İran hakimiyyətinin bu yaxınlarda nüvə silahı əldə etmək üçün bütün lazımi elementlərə malik olduqlarını söylədiyini eşitmisiniz. Bu, narahatedici ritorikadır”, – o əlavə edib.

Teqlər: