“Bavariya”nın veteran futbolçusu öldü

“Bavariya”nın veteran futbolçusu öldü

Almaniya millisinin sabiq futbolçusu Andreas Breme dünyasını dəyişib.

AzerTimes xəbər verir ki, keçmiş müdafiəçi 63 yaşında vəfat edib.

Qeyd edək ki, A.Breme 1990-cı ildə Almaniya yığması ilə dünya çempionu olub. O, ölkəsində “Bavariya”, İtaliyada “İnter”, İspaniyada “Saraqosa” kimi klubların formasını geyinib.

Teqlər: