İran-Azərbaycan sərhədində əməliyyat keçirilib, bir nəfər saxlanılıb

May ayının 23-də saat 00:20 radələrində Dövlət Sərhəd Xidmətinin
Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində
Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən sərhəd
zastavasının sahəsində 1 nəfər naməlum şəxsin İran-Azərbaycan
istiqamətində hərəkət edərək mühəndis çəpərinə yaxınlaşması və
dərhal geri qayıtması ərazidə xidmət aparan sərhəd naryadı
tərəfindən müşahidə olunub.

Xidmətdən AzerTimes-a verilən məlumata görə, sərhəd zastavası dərhal
“Silaha” komandası ilə qaldırılmış, qeyd olunan ərazi qapadılmış və
nəzarətə götürülmüşdür. Keçirilmiş sərhəd axtarışı və əməliyyat
tədbirləri nəticəsində saat 01:40 radələrində Cəbrayıl – Horadiz
avtomagistral yolunun yaxınlığında sərhədboyu ərazidə yüksək
surətlə hərəkət edən qara rəngli “Mersedes E 190” markalı 90-DJ-159
dövlət nömrə nişanlı avtomobil şübhə doğurduğu üçün saxlanılıb.

Füzuli rayon sakini 1987-ci il təvəllüdlü Məmmədov Nahid Şirzad
oğlunun idarə etdiyi avtomobilə baxış zamanı 2 ədəd bağlamanın
içərisində təxmini çəkisi 11 kiloqram 885 qram narkotik vasitə
“marixuana”yabənzər maddələr və 5 ədəd “Millionaire” markalı
spirtli içkiləraşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Teqlər: