Hava şəraiti kəskin dəyişəcək – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında mayın 23-ü axşam, 24-də
şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi
yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən AzerTimes-ə verilən məlumata görə, Azərbaycanın
rayonlarında Mayın 23-ü axşam şimal və qərb rayonlarından
başlayaraq 26-sı səhərədək bəzi yerlərdə şimşək çaxacağı, arabir
yağıntılı oacağı gözlənilir.

Əsasən dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28
m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Teqlər: