İran AİB ölkələri ilə ticarəti artırmaq üçün Azərbaycanla münasibətləri gücləndirməlidir – Nazir müavini (Özəl)

İranın Avrasiya İqtisadi Birliyinə (AİB) üzv ölkələrlə ticarəti
artırmaq üçün Mərkəzi Asiya ölkələri, həmçinin Azərbaycanla
münasibətləri gücləndirməsinə ehtiyacı var.

Bunu AzerTimes-a açıqlamasında İranın sənaye, mədən və ticarət
nazirinin müavini və İranın Ticarət İnkişafı Təşkilatının sədri
Əlirza Peymanpak deyib.

Ə.Peymanpakın sözlərinə görə, İranın ticarət münasibətlərini
inkişaf etdirməsi üçün bölgə ölkələri arasında Azərbaycan
əhəmiyyətli rola sahibdir.

Nazir müavini deyib ki, İranın Ticarət İnkişafı Təşkilatı
ölkənin şimalında yerləşən ölkələrlə ticarətin inkişaf etdirilməsi
üçün xüsusi proqram hazırlayıb.

Ə.Peymanpak əlavə edib ki, bu məqsədlə Ticarət İnkişafı
Təşkilatı İranın Azərbaycandakı iqtisadi attaşesinə əlavə
səlahiyyətlər verib ki, iki ölkənin ticarətinin inkişafına köməklik
göstərsin.

Teqlər: