İran 3+3 platformasını dəstəkləyən ilk ölkələrdən olub.
AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana səfərə gələn İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə birgə mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, işğala son qoyulması nəticəsində yaranan yeni müsbət amillərdən biri də 3+3 əməkdaşlıq platformasıdır.
“İran bu formatı ilk dəstəkləyən ölkələrdən olmuşdur. Tükiyə və Azərbaycan prezidentləri bu əməkdaşlıq formatı barədə bəyanat verdikdən sonra İran və Rusiya bu formata dəstək verən ilk ölkələr oldu. Bu, regionun inkişafına müsbət töhfə verən önəmli bir platformadır”, – deyə nazir bildirib.