İran işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı əməkdaşlığı inkişaf etdirmək niyyətdindədir – Nazir

Xəbər - Elnur Bağışov – Trend:

İran Azərbaycanla tranzit, nəqliyyat, işğaldan azad edilmiş ərazilərin bərpası və digər sahələrdə əməkdaşlıqları inkişaf etdirmək niyyətdindədir.

Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirilən mətbuat konfransında deyib.

H.Əmir Abdullahianın sözlərinə görə, eyni zamanda, dəmiryol nəqliyyatı sahəsində əməkdaşlıqların inkişaf etdirilməsi diqqət mərkəzindədir.

“İran və Azərbaycanın əməkdaşlıqlarından biri də regional əməkdaşlıqdır. Biz üçtərəfli və dördtərəfli platformaları dəstəkləyirik. Biz bu formatlara diqqət yetirməyin vacib olduğunu düşünürük”, – deyə o bildirib.

Teqlər: