Azad edilmiş ərazilərin bərpası üçün İran şirkətlərindən çoxsaylı müraciətlər daxil olub – Ceyhun Bayramov

Xəbər - Elçin Mehdiyev – Trend:

Bu gün Azərbaycanın qarşısında duran ən prioritet məsələlərdən biri işğaldan azad edilən ərazilərin bərpası və insanların layiqli şəkildə öz doğma torpaqlarına qayıtmasıdır.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana səfərə gələn İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, azad edilən ərazilərdə irimiqyaslı layihələr həyata keçirilir və yeni layihələrin icrası planlaşdırılır.

“İran da bu işlərdə iştirak etmək üçün marağını ifadə edib və çoxsaylı İran şirkətlərindən müraciətlər daxil olub. Müvafiq hökumət qurumları bu layihlərə baxır və məndə olan məlumata görə layihələrdən birinin yaxn həftələr ərzində icrasına başlanılacaq. Ümid edirəm ki, yaxın zamanlarda digər layihələrlə bağlı da müsbət nəticələr əldə olunacaq”, – deyə nazir bildirib.

Teqlər: