İordaniyada partlayış: 10 nəfər öldü, 250-i yaralandı

İordaniyada partlayış: 10 nəfər öldü, 250-i yaralandı

İordaniyanın sahil şəhəri Akabada tankerdə baş vermiş partlayış səbəbindən sızan zəhərli qazdan azı 10 nəfər ölüb, 250-dən çox insan isə xəsarət alıb.

AzerTimes xəbər verir ki, bu barədə yerli polisin məlumatında deyilir.

Hadisədən sonra əraziyə mütəxəssislər cəlb edilib, araşdırma aparılır.

Şəhərdə həyəcan çağırışı elan edilib, vətəndaşlara qapı və pəncərələri bağlı saxlamaq tövsiyə olunub.

Teqlər: