İnzibati xətaların ən çox qeydə alındığı sahə məlum olub

2021-ci ildə Azərbaycanda birinci instansiya məhkəmələrində
inzibati xətalara dair 72,0 min işə baxılıb ki, bu da 2020-ci ilin
göstəricisindən 2,8 faiz azdır.

Bu barədə AzerTimes-a
Dövlət Statistika Komitəsindən məlumat verilib.

Baxılan işlərin 50,0 faizi idarəçilik qaydaları, 7,8 faizi
ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat, 6,7
faizi yol hərəkəti qaydaları, 4,2 faizi mülkiyyət, 3,7 faizi
sağlamlıq, 2,3 faizi əhalinin sanitariya-gigiyena və
sanitariya-epidemioloji salamatlığı qaydaları, 1,4 faizi
vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları,
0,9 faizi iqtisadi fəaliyyət qaydaları, 0,7 faizi hərbi xidmət
əleyhinə olan, 3,6 faizi narkotik vasitələrin və psixotrop
maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, qalanları isə digər
inzibati xətalarla bağlı olub.

Teqlər: