Şuşadakı beynəlxalq festival haqqında bütün dünya bilməlidir – İtaliyalı kulinar (FOTO)

Şuşa. Trend:

Şuşada birinci Beynəlxalq Kulinariya Festivalı haqqında bütün
dünya bilməlidir.

Bunu Trend-ə məşhur italiyalı kulinar, beynəlxalq
səviyyəli usta Flavio Basatti deyib.

“Mən Azərbaycana birinci dəfədir ki, gəlmişəm. Burada hər şey
çox xoşuma gəlir. Mən iki gün Neapolla qardaşlaşmış şəhər Bakıda
oldum, indi isə gözəl kulinariya bayramının təşkil olunduğu
Şuşadayam. Bir çox ölkələrdə və beynəlxalq festivallarda olmuşam.
Şuşadakı bu festival özünəməxsusluğu ilə seçilir. Festivalda bir
çox ölkələrdən məşhur kulinarlar iştirak edir. Mən Şuşa haqqında
çox oxumuşam və eşitmişəm. Amma gördüklərim bütün sözləri kölgədə
qoyur. Burada çox gözəl mühit, təmiz hava və təbiət var! Bu
festival ənənə halını almalıdır”, – deyə o bildirib.

Qeyd edək ki, Şuşada Heydər Əliyev Fondu və Dövlət Turizm
Agentliyinin təşkilatçılığı ilə birinci Beynəlxalq Kulinariya
Festivalı keçirilir.

Mayın 5-dən 8-dək keçiriləcək festivalda Türkiyə, Rusiya,
Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya,
Malayziya, Yaponiya, Belçika, Çexiya, Kanada, Cənubi Koreya,
Qazaxıstan, Özbəkistan və digər ölkələrdən kulinarlar, beynəlxalq
ekspertlər, qida sahəsinin nümayəndələri və blogerlər iştirak
edir.

Teqlər: