“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz – FED-in digərlərini kölgədə qoyması

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya
maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində
gözlənilənlərlə bağlı məlumat verib.

EUR.

“ECB”-nin faiz artımı sürətinin geri qalması, EURUSD
məzənnəsinin də ucuzlaşmasına səbəb olur. Təhlillərə əsasən,
cütlüyün qiyməti alliqator xətlərinin altında qaldıqca, ucuzlaşma
1$-a kimi davam edə bilər.

GBP.

FED-in daha sürətli faiz artımı siyasətini GBPUSD məzənnəsinin
də təzyiq altında qalmasına səbəb olur. Funt sterlinq 1.24$-ın
altında qaldıqca, 1.20$-a kimi də dəyər itirə bilər.

TRY.

Foreks bazarlarında dollar indeksinin yüksəlməsi, özünü USDTRY
məzənnəsində də göstərir və trend 15.80TL-yə kimi davam edə
bilər.

OIL.

Enerji bazarlarında neftin qiymətində korreksiya müşahidə edilsə
də son bahalaşma dalğası 120$-a kimi davam edə bilər.

Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft
ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər
tərəfindən böyük maraqla gözlənilir.

GOLD.

Sərt monetar siyasət nəticəsində inflyasiyanın geriləməsi, əlvan
metallar bazarlarında qızılın da dəyər itirməsinə səbəb olur.
Beləliklər, bir unsiya üzrə qiymət 1758$-a (59 $/qram) kimi dəyər
itirə bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və
www.investaz.az veb saytı
vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin

Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin
fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən
tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı
lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti
(forex), fərdi investorların portfelinin idarə edilməsi, market
meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət
göstərməkdədir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir.
Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna
daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən
məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya
əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Teqlər: