Bakıda məhbusun gizlətdiyi 19 kiloqram narkotik aşkarlanıb

Bakıda məhkumun gizlətdiyi külli miqdarda narkotik tapılıb.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq
Təcridxanası və Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının Cinayət
Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop
maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə,
əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə Bakı
İstintaq Təcridxanasında saxlanılan C.Cəfərzadənin ətrafında
apardıqları əməliyyat tədbirləri ilə onun Lökbatan qəsəbəsi
ərazisində gizlətdiyi 19 kiloqram 100 qram marixuana aşkar edilərək
götürülüb.

Teqlər: