Holcim Azərbaycan zavodunun işə salınmasının 70 illiyi qeyd olunur

Holcim Azərbaycan zavodunun yaranması 70 illik zəngin tarixə
malikdir. 2019-cu ildə zavodun təməlinin qoyulmasının 70-ci
ildönümü qeyd edilirdi, zavod isə 1952-ci ildə fəaliyyətə başlayıb.
Bu da o deməkdir ki, bu il zavodun işə salınmasının və məhsulların
bazara çıxarılmasının 70 illiyini qeyd olunur.

Holcim Azərbaycanın bu illərə təsadüf edən bütün dövrlərində
onun yanında olmuş və layihələrdə fəal iştirak etmişdir. Əminliklə
deyə bilər ki, hər bir əhəmiyyətli dövlət müəssisəsinin binasında,
yaxud çoxmərtəbəli yaşayış binasının ərsəyə gəlməsində onun da
töhfəsi var.

Holcim böyük məmnuniyyətlə bildirir ki, Qaradağ zavodunda
keyfiyyətli sement növlərinin istehsalı ilə bağlı 70 illik tarixini
əks etdirən yeni dizaynlı kisə məhsulları təqdim olunub.

Yubiley kisəsi ekoloji cəhətdən 35% daha təmizdir, çünki kağız
və kisə istehsalı ilə bağlı CO2-nu azaldır. Şirkət inanır ki, bu
dəyişiklik Pərakəndə kisə Sementinin Satışı və Çatdırılması
fəaliyyətinə daha çox yenilik gətirəcək və Holcim məhsullarının
bazarda görünməsini və cəlbediciliyini artıracaq.

Fərdi ev inşaatçılarına və ustalara keyfiyyətli tikinti
işlərinin aparılmasında kömək etmək üçün kisənin arxa hissəsində
tətbiq qaydaları təklif olunur, bunlara: suvaq və hörgü üçün
məhlullar, beton tətbiqləri və s. daxildir.

Mövcud dizaynlı kisələrin ehtiyatı bitənə qədər, hazırki
kisələrdən yubiley dizaynlı kisələrə keçid çevik və mərhələli
şəkildə həyata keçiriləcək.

“Sizi əmin etmək istəyirik ki, Holcim sementlərinin keyfiyyəti
yüksək və vahid olaraq qalır. Yubiley kisəsi bizim davamlı və
etibarlı əməkdaşlığa görə müştərilərimizə minnətdarlığımızı ifadə
etmək üsulumuzdur”, – şirkətin baş direktoru Xalid Samaka qeyd
edir.

Teqlər: