“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz – Bazarlarda dönüş siqnalları

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya
maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində
gözlənilənlərlə bağlı məlumat verib.

EUR və GBP

Avrozona və İngiltərədə faizlərin yüksəldiləcəyi ehtimalları
EURUSD və GBPUSD məzənnələrində ucuzlaşma trendinin zəifləməsinə
səbəb olmuşdur. Dəstək görərək bahalaşması üçün güclü fundamental
göstəricilərin açıqlanması lazımdır.

Bu baxımından, bu həftə önəmlidir, çünki cümə axşamı Bakı vaxtı
ilə saat 10:00-da İngiltərə və cümə günü saat 13:00-da Avrozonadan
sənaye istehsal həcmi ilə bağlı vacib statistik məlumatlar
yayımlanacaqdır.

TRY.

Amerikanın əmək bazarına dair fundamental göstəricilərin müsbət
dərc edilməsi və Türkiyədə inflyasiyanın artması özünü USDTRY
məzənnənin son beş ayın maksimumuna yüksəlməsində də göstərir.

Bu həftə Türkiyədən də önəmli göstəricilər dərc ediləcəkdir:
Çərşənbə axşamı saat 11:00-da işsizlik və cümə günü yenə saat
11:00-da sənaye dövriyyəsi ilə bağlı rəqəmlər.

OIL.

Enerji bazarlarında sanksiyaların güclənməsi və “OPEC Plus”-un
hasilat limiti siyasətinə davam etməsi neft qiymətlərinin də
114$-da – maksimumlarda ticarət edilməsinə səbəb olur.

Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft
ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər
tərəfindən böyük maraqla gözlənilir.

GOLD.

Sərt monetar siyasət nəticəsində inflyasiyanın geriləməsi, əlvan
metallar bazarlarında qızılın da müqavimətlə rastlaşmasına səbəb
olur. 1871$-ın (60.2 $/qram) qırılması ilə eniş dalğası 1834$-a (59
$/qram) kimi davam edə bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və
www.investaz.az veb saytı
vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin

Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin
fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən
tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı
lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti
(forex), fərdi investorların portfelinin idarə edilməsi, market
meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət
göstərməkdədir.

_________________________________________________________________________

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir.
Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna
daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən
məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya
əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Teqlər: