Ankarada məktəb avtobusu yaşayış evinə çırpılıb, 11 nəfər xəsarət alıb (FOTO)

Türkiyənin paytaxtı Ankarada məktəbliləri aparan avtobus yaşayış
evinə çırpılıb.

Trend-in
məlumatına görə, qəza nəticəsində 11 nəfər xəsarət alıb.

Qeyd olunur ki, xəsarət alanlardan 10-u şagird, biri isə evin
sahibi olub. Onlardan üç nəfər xəstəxanaya yerləşdirilib.

Qəzanın sürücünün idarəetməni itirməsi nəticəsində baş verdiyi
deyilir.