İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosunun rəisi təqaüdə göndərilib

Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun
rəisi, polis general-mayoru Əlaslan Ağayev xidmətdə olmanın son yaş
həddi ilə əlaqədar təqaüdə göndərilib.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən xəbərə görə, nazir
general-polkovnik Vilayət Eyvazov bu barədə əmr imzalayıb.

Bu münasibətlə Ə.Ağayevi qəbul edən nazir daxili işlər
orqanlarında uzun müddət səmərəli fəaliyyət göstərdiyinə görə ona
təşəkkürünü bildirib, bundan sonrakı həyatında uğurlar
arzulayıb.

Teqlər: