İnkişaf etməkdə olan ölkələr haqqında daha çox düşünməliyik – Nobel mükafatı laureatı

Xəbər - Humay Ağacanova – Trend:

Biz inkişaf etməkdə olan ölkələr haqqında daha çox düşünməliyik.

AzerTimes-ın məlumatına görə, bunu Nobel mükafatı laureatı Uided Buşamaui Qlobal Bakı Forumu çərçivəsində “Post-COVID-19 dövründə qlobal çağırışlar” mövzusunda keçirilən panel müzakirələri zamanı deyib.

O qeyd edib ki, indi dünya düzəni dəyişib, hal-hazırda dünya fərqli şəkildə nizamlanır. Hər bir ölkə bu dünya nizamlanmasında öz yerini tapmalıdır:

“Biz inkişaf etməkdə olan ölkələr haqqında daha çox düşünməliyik. Qadınların təhsil azadlığını gücləndirməliyik, qadının rolunu hər sahədə artırmalıyıq”.


Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir.

Teqlər: