BMT qətnamələrinin icra prosesi gücləndirilməlidir – Vayra Vike-Freyberqa

Xəbər - Humay Ağacanova – Trend:

BMT-nin çağırışlarının, qətnamələrinin icra prosesi gücləndirilməlidir.

AzerTimes-ın məlumatına görə, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa Qlobal Bakı Forumu çərçivəsində “Post-COVID-19 dövründə qlobal çağırışlar” mövzusunda keçirilən panel müzakirələri zamanı deyib.

O qeyd edib ki, BMT və qurumları səmərəli fəaliyyət göstərməlidir: “Dünyada hələ də həllini tapmayan problemlər var. Bunlardan biri vaksinlərin ədalətli şəkildə paylanmamasıdır”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir.

Teqlər: