İngiltərə və Almaniya məğlub oldu

İngiltərə və Almaniya məğlub oldu

UEFA Millətlər Liqasının qrup mərhələsində V turun matçları keçirilib.

AzerTimes xəbər verir ki, A, B və D Liqalarında 7 matç baş tutub.

A Liqasının 3-cü qrupunda Macarıstan səfərdə Almaniyanı 1:0 hesabı ilə məğlub edərək liderliyini qoruyub. İtaliya isə İngiltərəyə eyni hesabla qalib gəlib. Bu nəticələrdən sonra britaniyalılar B Liqasına düşüb.

B Liqasında Monteneqroya qalib gələn Bosniya və Herseqovina millisi A Liqasına vəsiqəni rəsmiləşdirib. 3-cü qrupun digər matçında Finlandiya Rumıniya ilə heç-heçə edib – 1:1.

D Liqasında isə Maltanı 2:1 hesabı ilə məğlub edən Estoniya seçməsi C Liqasına vəsiqəni rəsmiləşdirib.

Teqlər: