Çavuşoğlu gürcü həmkarı ilə görüşdü

Çavuşoğlu gürcü həmkarı ilə görüşdü

Türkiyə xarici işlər naziri Mövlud Çavuçoğlu gürcü həmkarı İlya Darçiaşvili ilə BMT Baş Assambleyasının sammiti çərçivəsində görüş keçirib.

AzerTimes xəbər verir ki, XİN rəhbərləri ikitərəfli və beynəlxalq formatda qarşılıqlı dəstək və əməkdaşlıq məsələsini müzakirə ediblər,

Görüş zamanı tərəflər Gürcüstan və Türkiyənin iştirakı ilə uğurlu regional əməkdaşlıq formatlarına və bu istiqamətdə səylərin gücləndirilməsinin zəruriliyinə toxunublar.

Regionun davamlı inkişafı üçün sabitlik və sülhün vacibliyi də vurğulanıb.

Teqlər: