Ingiltərə Premyer Liqası “Çelsi”nin satışına icazə verib

İngiltərə Premyer Liqası rusiyalı iş adamı Roman Abramoviçin
Londonun “Çelsi” klubununun amerikalı iş adamı Todd Boelinin
rəhbərlik etdiyi investorlar konsorsiumuna satmasına etiraz
etmədiyini bildirib.

Trend xəbər
verir ki, bu barədə premyer liqanın mətbuat xədmətinin yaydığı
açıqlamada bildirilir.

“Çelsi”nin satılması prosesi hökumət tərəfindən lazımi
lisenziyanın verilməsindən və sövdələşmənin son mərhələlərinin
qənaətbəxş şəkildə başa çatmasından asılı olaraq qalır. Klubun
satış prosesini yekunlaşdırmağa çalışdığı bildirilir.

Mayın əvvəlində, Boeli ilə yanaşı, investisiya şirkəti olan “Clearlake Capital”, Mark Walter və Hansjorg Wyss-in də daxil
olduğu bir qrup investor “Çelsi”-ni 4,25 milyard funt-sterlinqə
almağa razılaşdı. Bu məbləğin 2,5 milyard funt-sterlinqi birbaşa
klubu almaq üçün, 1,75 milyard funt-sterlinq isə klubun inkişafına
yatırılmalıdır.

Teqlər: