İndoneziyada torpaq sürüşməsi – 20 nəfər itkin düşüb

Xəbər - Orxan Nəbiyev – Trend:

İndoneziyanın Yava adasında baş vermiş torpaq sürüşməsi nəticəsinə 20 nəfər itkin düşüb.

AzerTimes-ın məlumatına görə, sürüşməyə aramsız yağıntılar səbəb olub.

Daha 14 nəfərin xəsarət aldığı deyilir. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.


Bundan başqa, adada çayların daşması nəticəsində iki kəndlə əlaqə tamamilə kəsilib.