Bakının daha bir qəsəbəsi abadlaşdırılır: Bu ərazi də Balaxanı və Bibiyehbət kimi olacaq

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Paytaxt sakinləri və turistlər üçün görməli yerlərin siyahısına daha bir məkan əlavə edilir.

AzerTimes-ın məlumatına görə, Balaxanı, Bibiyehbət qəsəbələrinin bərpasından sonra Suraxanı rayon Əmircan qəsəbəsində də yenidənqurma və bərpa işləri aparılır. Bakının qədim kəndlərindən olan Əmircanda tarixi məkanlar maraqlı görkəm alacaq.

Artıq qəsəbədə bir müddətdir ki, bu istiqamətdə işlər başlayıb. Dörd küçədə abadlıq işləri görülür, əvvəllər malalanan divarlar çapılır, qədimliyi müəyyənləşən hasarlar xüsusi məhlul ilə təmizlənir, tarixi görkəmi geri qaytarılır.


Bu günə kimi işıqsız olan küçələrdə yeni dirəklər quraşdırılır, su və kanalizasiya boruları, rabitə xətləri bərpa edilir.

Qəsəbədə yük avtomobillərinin daha intensiv hərəkət etdiyi yollar asfaltla örtülür, digərləri isə qəmbər daşları ilə yenilənir.

Teqlər: