İndoneziyada içərisində 43 sərnişinin olduğu gəmi batıb

İndoneziyanın Sulavesi adası sahillərində 43 sərnişinin olduğu
gəmi batıb.

Trend-in
məlumatına görə, xilasedicilər 17 nəfəri çıxara bilib.

Hazırda gəmidə olan digər 26 nəfərin axtarışları davam
etdirilir.

İlkin məlumatlara əsasən, qəzaya gəmidə mazut çatışmazlığı və
əlverişsiz hava şəraiti səbəb olub.