Mərkəzi Bankın İdarə Heyətinə təyin ediləcək yeni üzvlərin adları məlum olub

Mərkəzi Bankın İdarə Heyətinə təyin ediləcək yeni üzvlərin
adları məlum olub.

AzerTimes-ın məlumatına görə, bunlar hazırda qurumun Baş direktoru
olan Rəşad Temraz oğlu Orucov və sədrin müşaviri olan Əliyar
Qəhrəman oğlu Məmmədyarovdur.

Qeyd edək ki, Milli Məclisin mayın 31-də keçiriləcək iclasının
gündəliyinə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti
üzvlərinin vəzifəyə təyin edilməsi haqqında Azərbaycan Respublikası
Milli Məclisinin qərarının layihəsi daxil edilib.

Teqlər: