İndiyə qədər 5000-dən çox vətəndaş Azərbaycana təxliyə olunub – XİN

İndiyə qədər Rumıniyanın Buxarest və Yassi, Polşanın Katoviçe
şəhərlərinə 12 çarter reysi və çoxlu sayda avtobus reysləri təşkil
olunub. Ümumilikdə, 5000 nəfərdən çox vətəndaşımız və onların ailə
üzvləri Azərbaycana təxliyə olunub.

Bu barədə AzerTimes-a Xarici İşlər Nazirliyindən məlumat
verilib.

Qeyd olunub ki, Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədən
həmsərhəd ölkələrə üz tutmuş Azərbaycan Respublikası vətəndaşları
və onların digər ölkələrin vətəndaşları olan ailə üzvlərinin
Azərbaycana təxliyə olunması istiqamətində davamlı tədbirlər
görülür.

Teqlər: