İmişlidə itkin düşən azyaşlı tapılıb

İmişlidə itkin düşən azyaşlı tapılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzerTimes-a verilən məlumata görə, aprelin
26-da axşam saatlarında İmişli rayon sakini Y.Rəhimov Rayon Polis
Şöbəsinə övladının itməsi barədə məlumat verib.

RPŞ-in və İmişli Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən
birgə keçirilmiş təxirəsalınmaz axtarış tədbirləri nəticəsində uşaq
qısa müddətdə rayon ərazisində tapılaraq şöbəyə gətirilib.

Polis əməkdaşları tərəfindən azyaşlının ailəsi ilə əlaqə
saxlanılıb və övladları tam sağlam olaraq ailəsinə təhvil
verilib.

Teqlər: