İmişlidə beton hasar uçdu, 38 yaşlı kişi öldü

Xəbər - Samir Əli – Trend:

İmişli rayonunda 38 yaşlı kişi bədbəxt hadisə nəticəsində
ölüb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
hadisə rayonun Cəfərli kəndində baş verib. Kənd ərazisində beton
hasarın uçması nəticəsində 1984-cü il təvəllüdlü Xələfov Maqsud
İlham oğlu uçqun altında qalıb ölüb.


Meyit beton plitənin altından çıxarılaraq aidiyyəti üzrə təhvil
verilib.

Teqlər: