Azərbaycan hökuməti KOBİA ilə birgə kiçik və orta biznesə dəstəyin yeni vasitələrinin yaradılması sahəsində əməkdaşlıq edir

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Azərbaycan hökuməti Kiçik və Orta Biznesin İnkişafı Agentliyi
(KOBİA) ilə birgə kiçik və orta biznesə dəstəyin yeni vasitələrinin
yaradılması sahəsində əməkdaşlıq edir.

Trend-in
məlumatına görə, bunu Milli Məclisin deputatı Ağalar Vəliyev “Post-pandemiya dövründə iqtisadi artımın stabilləşməsi zamanı
kiçik və orta müəssisələrin innovativ fəaliyyəti” mövzusunda
konfransda deyib.

“Dördüncü sənaye inqilabı kiçik və orta sahibkarlığın
inkişafının yeni vasitələrinin yaradılmasını tələb edir. Azərbaycan
hökuməti kiçik və orta biznes subyektlərinin dəstəklənməsi üzrə bir
sıra layihə və proqramlar reallaşdırır. Pandemiya dövründə bu işlər
əvvəlkindən daha aktiv həyata keçirilib. Bu gün biz kiçik və orta
biznes subyektlərinə dəstək göstərməkdə davam edirik”, – deyə o
bildirib.


(Tərcümə: Orxan Nəbiyev)