İlin sonunadək Qarabağda beş kiçik SES-in bərpası planlaşdırılır

2022-ci ilin sonunadək Qarabağda ümumilikdə 100,27 meqavatt
gücündə daha beş kiçik su elektrik stansiyasını (SES) bərpa etmək
planlaşdırılır.

Bunu Trend
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət
Agentliyinin direktoru Təbriz Əmmayev deyib.

“Azad edilmiş ərazilərdə elektrik enerjisinin bərpa olunan
enerji mənbələrinən istehsal olunacağı gözlənilir. Söhbət ilk
növbədə su, külək və günəş enerjisinin istifadəsindən gedir. Bu
istiqamətdə işlər aparılır. Dörd kiçik SES tam bərpa olunub və bu
əraziləri elektrik enerjisi ilə təmin edir. İlin sonunadək
Qarabağda ümumilikdə 100,27 meqavatt gücündə daha beş kiçik su
elektrik stansiyasının bərpası planlaşdırılır” – deyə o
bildirib.

Direktor əlavə edib ki, Cəbrayıl rayonu ərazisində bp şirkəti
tərəfindən 240 meqavatt gücündə elektrik stansiyasının tikinti
layihəsi və potensialının qiymətləndirilməsi üzrə işlər başa
çatmaqdadır.

“Bundan əlavə, Energetika Nazirliyi və “Masdar” (BƏƏ) şirkəti
arasında imzalanmış memorandum çərçivəsində hər biri 100 meqavatt
gücündə olan günəş və su elekterik stansiyalarının potensialının
qiymətləndirilməsi üzrə işlər aparılır”, – T.Əmmayev deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: