İki qadın İranı necə qarışdırdı?

İki qadın İranı necə qarışdırdı?

İranda iki qadın polislərdən ustalıqla yayınaraq, müxtəlif şəhərlərdən 40 avtomobil oğurlayıb. Hazırda hər ikisi həbs edilib.

AzerTimes xəbər verir ki, bu barədə Qəzvin vilayətinin polis rəisi bildirib.

“Məhəmmədiyyə və Mehrqan şəhərlərində baş verən bir neçə avtomobil oğurluğundan sonra video görüntülər araşdırılıb. Məlum olub ki, avtomobillər iki qadın tərəfindən oğurlanıb. Qadınlar həbs olunub və avtomobil oğurladıqlarını etiraf ediblər. Onlardan birinin əri də quldurluq planının hazırlanması və həyata keçirilməsində iştirak edib. Onun da həbs olunması gözlənilir”, – polis rəisi bildirib.

Qeyd olunur ki, oğurlanan avtomobillərin içindəki maqnitofon, kaset və ayrıca satıla bilən ləvazimatlar götürüldükdən sonra avtomobillər satılıb.

Teqlər: