271-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

271-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 271-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 333 təyyarəsi, 177 helikopteri, 2543 PUA-sı, 388 zenit-raket kompleksi, 6743 tank və digər zirehli texnikası, 901 reaktiv yaylım atəş sistemi, 3607 artilleriya və minaatanı, 7302 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – məlumatda qeyd olunub.

Teqlər: