İki ilə dünya müharibəsi olacaq, ölkələr qalmayacaq

İki ilə dünya müharibəsi olacaq, ölkələr qalmayacaq

Zamanda səyahət etdiyini iddia edən Al Bielek adlı şəxsin təxmininə görə, 2025-ci ildə Üçüncü Dünya müharibəsi olacaq və gələcəkdə ölkələr olmayacaq.

AzerTimes Publika.az-a istinadla xəbər verir ki, 1927-ci ildə dünyaya gələn Al Bielek zamanda səyahət edən şəxs kimi tanınıb.

Bielek 2011-ci ildə həyata gözlərini yumub. O, ölmədən öncə tarix və gələcəklə bağlı bir neçə dəhşətli açıqlamalar verib. Belə ki, o, 2025-ci ilə daha çox diqqət çəkib. Bielekin sözlərinə görə zamanda səyahət etməsi xüsusi bir missiya üçün planlaşdırılıb.

Şəhərlər havadan asılıb

Zaman səyahətçisi Al Bielek ölmədən öncə verdiyi müsahibəsində İkinci Dünya müharibəsi zamanı ABŞ ordusu tərəfindən “görünməz” olan müharibə gəmisini yaratmaq üçün irəli sürülən bir sıra gizli testlərdən olan “Filadelfiya sınağı” adlı layinənin bir hissəsi olduğunu söyləyib.

Bielekin dediklərinə görə, 1940-cı ildə ABŞ Donanmasına məxsus olan bir gəmidən – “USS Eldridgedən” qardaşı ilə birgə okeana atılıb və ayıldıqları zaman artıq 2749-cu ildə olduqlarını görüblər.

Al Bielek, gördüklərini bir-bir danışıb. Onun səsləndirdiyi iddialardan birincisi dünyanın yaxın gələcəyi ilə bağlıdır. 2025-ci ilinə qədər dünyadakı hökümətlərin çox hissəsinin dağılacağı və üç milyon insanın dünya savaşında nüvə silahı səbəbilə öləcəyi fikirləri dəhşət saçır. Avropanın böyük hissəsinin sular altında qalacağını və İngiltərənin demək olar tamamilə yox olacağını iddia edib.

Hər şey pulsuzdur..

Eyni zamanda o, deyib ki, gələcəkdə dünya ərazisində az sayda şəhər olacaq, milli hökumətlər və sərhədlər olmayacaq:

“Ordu və müharibə yoxdur. Gələcəkdə hər şey pulsuzdur. Gələcəkdə şəhərlərin strukturu da dəyişəcək. Bəzi şəhərlər yer üzərində bəziləri idə havadan asılı vəziyyətdə olacaq. Uçan şəhərlər dünyanın istənilən yerinə asanlıqla köçə biləcək. Həmçinin texnologiya çox irəliləmiş olacaq. Səlahiyyətlilər Üçüncü Dünya müharibəsindən qalan nüvə silahı qalıqlarını və digər zərərləri bir neçə günə təmizləyəcəklər”.

Teqlər: