Akopyandan şok: Uşaqların arxasında gizlənməyin…

Akopyandan şok: Uşaqların arxasında gizlənməyin…

Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Qarabağ ermənilərini azyaşlı uşaqlardan siyasi məqsədlər üçün sui-istifadə etməkdə günahlandırıb.

AzerTimes xəbər verir ki, bu barədə Akopyan Feysbuk səhifəsində yazıb.

“2020-ci il dekabrın 25-də Ermənistan KİV bu başlıqlı materiallarla dolmuşdu: “Xankəndidə qalmaqal. Qarabağ sakinlərinin xahişi ilə Anna Akopyanın fondu tərəfindən quraşdırılan çadırlar və milad yolkası sökülüb”. Həqiqətən də, yolka və uşaq pavilyonlarını sökdülər, tədbir ləğv olundu. Kiçik qəlblərinə müharibənin bütün qəddarlıqlarını sığdıran uşaqları üçgünlük də olsa acı həqiqətdən qopmağa qoymadılar. Böyüklər anladığınız kimi qəlbsizdir. Özü də onlardan bu heç tələb də olunmurdu. Təşkil olunmuş tədbir böyüklər üçün deyildi. Onlar nə plastilindən evciklər qurmalı, nə kimyəvi təcrübələr aparmalı, nə də nağıllar danışmalı idilər”, – A.Akopyan bildirib.

Onun sözlərinə görə, heç bir konsertin planlaşdırılmamasına baxmayaraq, Qarabağ erməniləri uşaqlara qarşı eqoistcə davranıblar:

“Qısası, böyüklərin uşaqlara qarşı daha eqoist davranışı ola bilməzdi. Ancaq görünür, bu, sadəcə başlanğıc idi. İndi də həmin böyüklər eyni uşaqların əlinə ürəkağrıdan yazılar verir, yolkaların qarşısına qoyur, şəkil çəkdirirlər. Onlar uşaqlara kədərli mətnləri əzbərlətdirir və videolar çəkir, onların iştirakı ilə müxtəlif aksiyalar təşkil edir və mərhəmət hissini oyatmaq və çadırları sökmək üçün dünyanın hər yerinə aparırlar”.

Akopyan bildirib ki, valideynlər 3, 4, 5 yaşlı övladlarını siyasi mövzulu daxil olmaqla müxtəlif mətnlər əzbərləməyə məcbur edirlər:

“Uşaqların ərazi məsələlərindən başı çıxmır və suallar isə mütləq ortaya çıxacaq. Onlar heç vaxt başa düşməyəcəklər ki, Xankəndinin mərkəzində onlar üçün qurulmuş çadırlar necə oldu ki, atalar və anaları tərəfindən bu qədər asanlıqla söküldü. Bu sual şübhəsiz ki, böyüklərə ünvanlanacaq və çətin ki, təsəlliverici cavab tapa biləcəklər. Nə vaxtsa uşaqların, 18-20 yaşlı əsgərlərin arxasında gizlənməyə son qoymalıyıq. Və o gün nə qədər tez gəlsə, faciələrimiz bir o qədər tez bitəcək”.

Teqlər: