IFC və Dünya Bankı Azərbaycanda özəl sektorun inkişafı ilə bağlı araşdırma aparır – Regional menecer (ÖZƏL)

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Dünya Bankı ilə birgə
Azərbaycanda özəl sektorun diaqnostikası üzərində işləyir.
Diaqnostika özəl sektorun inkişafına xidmət edəcək siyasətin
müəyyənləşdirilməsinə yönəlmiş araşdırmanı əhatə edir.

Bunu Trend
özəl müsahibəsində IFC-nin Cənubi Qafqaz üzrə regional meneceri
İvana Fernandes Duarte deyib.

Onun sözlərinə görə, araşdırmada məhdudiyyətlər, o cümlədən
rəqabət və investisiya mühiti ilə bağlı məhdudiyyətlər, eləcə də
özəl sektorun artım imkanları dəyərləndiriləcək.

“Dörd sektor diqqət mərkəzində olacaq: rəqəmsal infrastruktur,
sosial logistika, bağçılıq və rəqəmsal maliyyə xidmətləri. Bu
araşdırmalar Dünya Bankı Qrupunun Azərbaycanla yeni Çərçivə
tərəfdaşlıq proqramı və IFC-nin ölkələr üzrə strategiyası üçün
təməl olacaq. Bütün bunlar bazarların yaranmasına və özəl sektorun
potensialının açılmasına xidmət edəcək”,

Qeyd edək ki, Azərbaycan 1995-ci ildə IFC-nin üzvüdür.

Twitter:
@Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)