Daşıma şirkətinin ayaqqabı bağlamasından 118 min manatlıq brilyant qaşlar aşkarlandı

Son dövrlər müxtəlif daşıyıcı şirkətlər vasitəsilə ölkə
ərazisinə gətirilən yüklərin içərisində şəxsi istifadə adı altında
bəyan edilən mallardan kommersiya təyinatlı olan malların aşkar
edilməsi, qaçaqmalçılıq faktları artıb. Belə ki, cari il ərzində,
ümu­milik­də 29 fakt üzrə ayrı-ayrı fiziki şəxslər tərəfindən
sifariş edilmiş mallar kimi göstərilən lakin, kommersiya təyinatlı
mallar olduğu sübuta yetirilən və müvafiq tənbeh tədbiri tətbiq
edilən işlər qeydə alınıb. Əgər keçən ilin 3 ayı ərzində cəmi 7
belə fakt müəyyən edil­mişdisə, artıq bu ilin eyni dövründə 4 dəfə
çox – 29 belə fakt müəyyən edilib.

Dövlət Gömrük Komitəsindən
Trend
-ə verilən məlumata görə, eyni zamanda, aparılan
araşdırmalar sürətli poçt daşıma şirkətləri vasitəsilə onlayn
sifariş əsasında daşınması həyata keçirilən bağlamalarda şəxsi
istifadə üçün icazə verilən limit məbləğindən sui-istifadə
hallarının artmasını da göstərir.

Qeyd edək ki, daşıma şirkətlərinin biri tərəfindən ölkə
ərazisinə gətirilən ayaqqabı yükü kimi qeyd edilən bağlamaya gömrük
baxışı zamanı ayaqqabının içindən, ümumi dəyəri 118659 manat
dəyərində 75 qram brilyant qaşlar aşkar edilib.

Bu kimi faktlara misal olaraq, digər bir poçt daşıma şirkəti
tərəfindən ölkə ərazisinə gətirilən geyim əşyalarının içərisindən
gömrük orqanından gizlədilmiş, 3 ədəd “Samsung” markalı mobil
telefon, həmçinin “Maska paketi” yükləri kimi gömrük orqa­nına
bəyan edilən bağlamanın içərisindən, gömrük nəzarətindən
gizlədilmiş, qızıl-zinət əşyaları aşkar edilərək ölkə ərazisinə
qanunsuz yolla idxal edilməsinin qarşısı alınıb.

Göstərilən faktlardan əlavə həyata keçirilən gömrük yoxlamaları
zamanı daha bir şirkət tərəfindən daşınması həyata keçirilən
yüklərə dair təqdim edilən məlumat­larda, 146 ədəd bağlamaya aid
qiymət məlumatları faktiki yuxarı həddə olmağına bax­mayaraq “1”
türk lirəsi qeyd edilib. Bu da öz növbəsində aylıq limit məbləğinin
düzgün hesablanmasına mane olan hallar kimi qiymətləndirlir,
qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülür.

Dövlət Gömrük Komitəsi bir daha vətəndaşlara müraciət edərək
xaricdən sifariş etdikləri məhsulların asan və sürətli şəkildə
gömrük nəzarətindən keçirilməsi üçün qanunvericiliyə riayət
etmələrini, bəyannamədə mallara dair məlumatların düzgün
gös­tərilməsini tövsiyə edir.

Teqlər: