İdxalı ƏDV-dən azad edilən kağız və çap məhsullarının siyahısı təsdiqlənib

Nazirlər Kabineti “İdxalı və satışı əlavə dəyər vergisindən azad
edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların
(elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin
və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon
və ya vərəqə şəklində kağızın Siyahısı”nı təsdiqləyib.

AzerTimes-ın məlumatına görə,
siyahıya aşağıdakı məhsullar daxildir:

– Rulonlarda və ya vərəqlər şəklində qəzet kağızı

– Müstəlif ölçü və qramda olan yazı, çap və ya digər qrafik
məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton

– Kitabların cildlənməsi üçün tikilən kağız və karton üzlük

– İllüstrasiyalı və ya illüstrasiyasız, içində reklam materialı
olan və ya olmayan qəzetlər, jurnallar və digər dövri nəşrlər

– Kitab-şəkillər, rəsm üçün və ya rəngləmə üçün uşaq
kitabları

– Kitablar şəklində çap edilmiş atlaslar, divar xəritələri,
topoqrafik planlar da daxil olmaqla, coğrafi və hidroqrafik
xəritələr və ya bütün növ analoji xəritələr.

Teqlər: