Azərbaycan dəmir yolu ilə beynəlxalq yükdaşıma xidmətini bahalaşdıra bilər

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) beynəlxalq yük
daşımalarının qiymətlərinə yenidən baxa, bu xidmətini bahalaşdıra
bilər.

AzerTimes-ın məlumatına görə,
bunu səhmdar cəmiyyətin Yükdaşımalar Departamentinin rəisi Emil
Əhmədov bildirib.

“Yeni sifarişlərdə qiymət artımının tərəfdarıyıq. Transxəzər
Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) iclası çərçivəsində
dəhlizdə yükdaşımaların qiymətinin artımı ilə bağlı protokol
imzalamışıq. Bu günə qədər Azərbaycan üzərindən daşınan yüklərdə
qiymət artımı həyata keçirməsək belə, yükdaşıma ilə bağlı yeni
müraciətlərdə qiymət artımına baxıla bilər”, – o deyib.

“Dəmir yolları ilə daha sürətli daşıma həyata keçirilir. İndiyə
qədər yükdaşımalarla bağlı bu qədər sifariş əldə etməmişdik. Əsas
məsələ Azərbaycan üzərindən keçən yükün dayanıqlılığını təmin
etməkdir. Yəni, geosiyasi vəziyyətin dəyişməsindən sonra yüklərin
Azərbaycanda qalması məsələsi çox önəmlidir. Bunun üçün isə yükün
rahat və vaxtında daşınması lazımdır”, – ADY rəsmisi əlavə
edib.

Teqlər: