İdman sahəsinə göstərilən xüsusi diqqətə görə Birinci
vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm.
Trend xəbər verir ki, bunu Gənclər və İdman nazirinin müavini
Mariana Vasileva Batut gimnastikası üzrə Dünya kubokunun açılış
mərasimində çıxışı zamanı deyib.
“Əziz idmançılar, hörmətli qonaqlar, xanımlar və cənablar!
Sizi yenidən Bakıda salamlamağa şadam!
Cəmi üç ay əvvəl Azərbaycan Gimnastika Federasiyası batut
gimnastikası və tamblinq üzrə 35-ci Dünya Çempionatına və 28-ci
Dünya Yaş Qrupu yarışlarına ev sahibliyi etmişdir. Gimnastikada
batut və tamblinq növlərinin inkişafına, ümumilikdə idman
sahəsinə göstərilən xüsusi diqqətə görə Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika
Federasiyasının prezidenti, Mehriban xanım Əliyevaya təşəkkür
edirəm!
Çox şadam ki, pandemiyanın ağır günlərindən sonra yenidən
bir yerdəyik. Bu o deməkdir ki, idman ruhu və qələbə arzusu bütün
çətinlikləri dəf etmək üçün bizə stimul verir.
Buraya 13 ölkədən təqribən 60 idmançı toplaşıb. Gənclər və
İdman Nazirliyi adından hamıya uğurlu yarışlar, cansağlığı və
yeni qələbələr arzulayıram! Batut Gimnastikası üzrə Dünya
Kubokunu açıq elan edirəm!” – deyə o qeyd edib.