İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 7 sadə qaydası

Dövrümüzdə pulsuz ictimai Wi-Fi şəbəkələrinə demək olar ki, hər
yerdə – küçə, metro və avtobuslarda; otel və ya restoran kimi
məkanlarda rast gəlmək olar. Ümumiyyətlə, bu tip şəbəkədən istifadə
etmək üçün şifrəyə ehtiyac yoxdur – sadəcə qoşulursunuz və artıq
onlaynsınız. Praktikada bu çox rahatdır, lakin təəssüf ki, bu
vəziyyət təcavüzkarlar üçün fürsətlər yaradır.

İş orasındadır ki, pulsuz Wi-Fi şəbəkələri getdikcə daha çox
yayılır, təcavüzkarlar da bu tendensiyanı izləyirlər. Saxta
şəbəkəni rəsmi şəbəkədən ayırmaq çox çətin ola bilər, ona görə də
internetə yalnız evdə və ya mobil internet vasitəsilə qoşulmaq daha
yaxşıdır. Bu, bütün vəziyyət və şəraitlərdə tamamilə rahat və ya
praktik olmasa da, əlbəttə ki, ən təhlükəsiz yoldur. Çox vaxt daimi
əlaqədə qalmaq üçün internetə çıxışınız olmalıdır.

İnternetdən istifadə edərkən ödəniş məlumatları, müxtəlif
xidmətlər üçün giriş və şifrələr, sənədlər və yazışmalar kimi çox
sayda qiymətli məlumatlar ötürülür. Əgər onlar cinayətkarın əlinə
keçərsə, o, bütün bank vəsaitlərinizi öz hesabına köçürə,
istifadəçi hesablarını oğurlayıb, onlar vasitəsilə spam yaya və ya
dostlarınızdan pul istəyə bilər. Şəxsi yazışmaları əldə edərək
hətta şantaja da baş vura bilərlər. Təhlükəsiz şəbəkəyə iş
cihazından qoşulmaq isə işəgötürənin kommersiya məlumatlarını
yanlış əllərə təhvil verə bilər. Bəzi hallarda cinayətkarlar cihazı
hətta təhlükəli Wi-Fi ilə əlaqəsi kəsdikdən sonra belə yerində
qalacaq zərərli proqramla sakit şəkildə yoluxdura bilərlər.

Kaspersky bu problemlərin qarşısını almağa kömək edəcək 7 sadə
qaydanı paylaşır:

1. İctimai Wi-Fi şəbəkələrinə güvənməyin

Unutmayın ki, şifrəsiz Wi-Fi şəbəkələri yalnız vacib
məlumatlarla əlaqəli olmayan onlayn fəaliyyətlər üçün münasibdir:
onlar vasitəsilə ötürdüyünüz və qəbul etdiyiniz məlumatlar eyni
şəbəkəyə giriş əldə edən hər kəs tərəfindən izlənə bilər, məsələn,
həmin şəxs sizinlə eyni hava limanında və ya qatarda olan onlarla
yad adamdan biri ola bilər.

2. Giriş nöqtələrinin adlarını yoxlayın

Bəzi təcavüzkarlar daha da irəli gedirlər: mövcud ictimai Wi-Fi
şəbəkələrinə qoşulmaq əvəzinə, özlərinin şəbəkəsini yaradır və
qurbanlarını oraya cəlb edirlər. Cihazlarınızdan alınan məlumatlar
ruter vasitəsilə İnternetə ötürüldüyü üçün, şəbəkənin etikanı
gözləməyin sahibi məlumatlarınızı asanlıqla ələ keçirə bilər.
Kimisə cinayətkarın qurduğu tələyə salmaq üçün giriş nöqtəsinin adı
hətta biznes mərkəzinizin və ya sevimli kafenizin Wi-Fi şəbəkəsinin
adına uyğun adlandıra bilər. Mövcud giriş nöqtələrinin siyahısını
diqqətlə öyrənin, adlarını işarələrlə müqayisə edin, sizə tanış
gələn ilk şəbəkəyə qoşulmayın. Səhv söz sırası, hərfləri oxşar
rəqəmlərlə əvəz etmək, əlavə dəyişikliklər saxta şəbəkəni müəyyən
etməyə kömək edə bilər.

3. Şəbəkələrə avtomatik qoşulmaqdan imtina
edin

Batareyaya qənaət etmək üçün cihazı istifadə etmədiyiniz zaman
Wi-Fi bağlantısını söndürün. Cihazınınızın şəbəkələrə avtomatik
qoşulma funksiyasını deaktiv edin (bunu adətən Wi-Fi
parametrlərində edilə bilərsiniz). İctimai Wi-Fi şəbəkələrindən
istifadəni bitirən kimi onları bağlantılar siyahısından silin
(“unudun -forget”).

4. Autentifikasiya tələb edən xidmətlər üçün
güvnmədiyiniz Wi-Fi şəbəkəsindən istifadə etməyin

Həssas məlumatları saxlayan hər hansı hesablara (xüsusilə də
maliyyə məlumatları) yalnız təhlükəsiz ev və ya korporativ internet
şəbəkəsindən daxil olmaq ən yaxşı seçimdir. Ancaq yaranmış hər
hansı vəziyyət sizi təcili olaraq kartın balansını yoxlamağa və ya
dövlət xidmətlərinə daxil olmağa məcbur edərsə, bunu mobil internet
vasitəsilə edin. Bahalı və rouminq olsa belə, tərəddüd etməyin,
çünki şübhəli Wi-Fi nöqtəsi vasitəsilə məxfi məlumatlarınızın
sızması sizə daha baha başa gələcək.

5. Bağlantı kanalını qorumaq üçün cihaza öncədən tətbiq
quraşdırın

İctimai Wi-Fi şəbəkələrindən istifadə edərkən cihazlarınızı
qorumağın etibarlı yolu onlara əvvəlcədən etibarlı qoruma
tətbiqləri quraşdırmaqdır. Sorğunuzu ruterə göndərməzdən əvvəl
şifrələyən təhlükəsiz bağlantı proqramları var ki, şəbəkənin
sahibləri və digər şəbəkə ziyarətçiləri sizin nəyi və haraya
göndərdiyinizi bilə bilməzlər (bu texnologiya virtual özəl şəbəkə
yəni VPN adlanır). Bununla hətta ictimai şəbəkələrdə gəzmək də
məlumatlarınız üçün təhlükəsiz olacaq.

6. Məlumatlarınızı etibar edə biləcəyiniz müsbət
reputasiyalı şirkətlərin təhlükəsizlik proqramlarından istifadə
edin

Təhlükəsiz bağlantı üçün həll seçərkən, onu yaradanlara etibar
etməyə hazır olduğunuzdan əmin olun. Məlumatlarınızı toplamayan və
üçüncü tərəflərə satmayan müsbət reputasiyaya malik şirkətləri
seçin. Məsələn, əksər Kaspersky həllərində və ixtisaslaşdırılmış
Kaspersky Secure Connection proqramında mövcud olan təhlükəsiz
bağlantı etibarlı və təhlükəsiz OpenVPN protokolundan istifadə edir
və istifadəçinin trafik qeydlərini saxlamır.

7. Bağlantı təhlükəsizliyini istənilən ictimai şəbəkədə
avtomatik işə düşəcəyi şəkildə quraşdırın

Təhlükəsiz bağlantı vacib proqramları açmazdan əvvəl əl ilə
aktivləşdirilə bilər, lakin təkcə yaddaşınıza etibar etməməkdə
fayda var. Hər hansı ictimai şəbəkəyə qoşulduqda təhlükəsiz
bağlantı funksiyasını avtomatik işə düşəcəyi şəkildə quraşdırın
(əgər proqramda belə bir funksiya varsa). Əgər siz Kaspersky Secure
Connection-dan istifadə edirsinizsə, onda sürətdən narahat olmaq
lazım deyil, zolaq genişliyi hətta video yayımı üçün də kifayətdir.
Həssas məlumatlarla işləyirsinizsə, Kaspersky Secure Connection-da
Kill Switch funksiyasını aktivləşdirin. Bu təhlükəsizlik həlli
təhlükəsiz bağlantı qurulana və məlumatların ələ keçmə riski aradan
qaldırılana qədər məlumatların göndərilməsini tamamilə
bloklayır.