İçərişəhərdə “SabirArt” layihəsi start götürdü (FOTO)

Mayın 13-də Tahir Salahovun ev-muzeyində “SabirArt” adlı
sosial-incəsənət layihəsinin açılış mərasimi keçirilib.

Milli Məclisin deputatı Kamal Cəfərovun təşəbbüsü, “PAŞA
Holding” MMC-nin dəstəyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin tərəfdaşlığı ilə baş tutan layihənin məqsədi
ilkin olaraq sabirabadlı 10 gənc rəssamın bacarıqlarının
artırılması və regionda gənclərin məşğulluğuna dəstək
verməkdir.

Layihə çərçivəsində Sabirabad rayonundan seçilmiş 10 gəncə cari
ilin iyun-noyabr ayları ərzində hər həftənin şənbə günləri “ArtEvi”
yaradıcılıq emalatxanasının rəssamı Aygün Xanəliyeva tərəfindən
rəsm dərsləri keçiriləcək.

Layihənin 5-ci ayında sabirabadlı gənc rəssamlar “Şuşa ili”
tədbirləri çərçivəsində Şuşa şəhərinə səfər edəcək və mədəniyyət
paytaxtımızda etüd keçirəcəklər. Daha sonra onların rəsm
əsərlərinin sərgisi keçiriləcək, əldə edilən gəlirlə 2023-cü ildə
növbəti 10 gənc rəssama dəstək veriləcək.

Tədbirdə “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri Şahin
Seyidzadə, Milli Məclisin deputatları Kamal Çəfərov və Ramin
Məmmədov, “PAŞA Holdinq”MMC-nin nümayəndəsi Nazim Səfərov və gənc
rəssamlar iştirak edərək öz çıxışlarında layihə iştirakçılarına
uğurlar arzulamışlar.

Teqlər: