BƏƏ-nin yeni prezidentinin seçiləcəyi vaxt açıqlanıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yeni prezidenti 30 gün
ərzində seçiləcək.

Trend-in
məlumatına görə, bu müddət ərzində prezident vəzifələrini ölkənin
vitse-prezidenti və müdafiə naziri, Dubay əmiri Məhəmməd bin Rəşid
əl-Məktum icra edəcək.

Qeyd edək ki, BƏƏ prezident Xəlifə bin Zayid əl-Nahayan bu gün
uzun sürən xəstəlikdən sonra 73 yaşında vəfat edib.

BƏƏ qanunvericiliyinə əsasən, ölkəyə Ali Şura tərəfindən seçilən
prezident beş il müddətinə rəhbərlik edir. Bu vəzifəyə ənənəvi
olaraq Əbu-Dabi əmiri seçilir. Hazırda Əbu-Dabi əmirliyinin vəliəhd
şahzadəsi Xəlifə əl-Nahayanın qardaşı Məhəmməd bin Zayid
əl-Nahayandır.