İcbatri tibbi sığortaya keçən müəssisələrə daxil olan müraciətlər açıqlandı

Xəbər - Samir Əli – Trend:

Bu ilin may ayı ərzində 59 inzibatri ərazi üzrə icbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələrinə 547 min 264 müraciət daxil olub.

Bu barədə AzerTimes-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, ay ərzində 1 milyon 270 min 70 tibbi xidmət göstərilib ki, onlardan 1 milyon 86 min 784-ü ambulator, 183 min 286 sı isə stasionar olub.


Ay ərzində Bakı, Sumqayıt və Abşeron rayonları üzrə icbari tibbi sığortanın tətbiq edildiyi tibb müəssisələrinə 349 min 350 müraciət daxil olub. Həmin tibb müəssisələrində ay ərzində 635 min 939 tibbi xidmət göstərilib. Göstərilən xidmətlərin 508 min 882-si ambulator, 127 min 57-si isə stasionar olub.

Teqlər: