Humanitar minatəmizləmə regionda sülhün təmin olunması baxımından olduqca önəmlidir – Leyla Abdullayeva

Ermənistan 30 il ərzində qanunsuz olaraq Azərbaycanın işğal
altında olan torpaqlarına minalar basdırıb. Azərbaycan minatəmizlə
prosesinə böyük məbləğdə vəsait ayırır.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan XİN-in mətbuat katibi
Leyla Abdullayeva Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf
Məqsədləri üzrə beynəlxalq konfrans çərçivəsində panel müzakirələri
zaman deyib.

O qeyd edib ki, Azərbaycan hökuməti bu gün minatəmizləməni
prioritet istiqamətlərdən biri edib.

“Humanitar minatəmizləmə regionda sülh, sabitlik və
təhlükəsizliyin təmin olunması baxımından olduqca önəmlidir.

Bildiyiniz kimi, Azərbaycan işağldan azad olunan ərazilərdə
böyük miqyasda bərpa, yenidənqurma işləri həyata keçirir.
İnsanların öz doğma torpaqlarına təhlükəsiz və layiqli şəkildə
qayıtması üçün ərazilərin minadan təmizlənməsi vacibdir”, – deyə
L.Abdullayeva qeyd edib.

Teqlər: