Azərbaycanda bəzi hotellərə nikah şəhadətnaməsi olmayan
cütlükləri buraxmırlar.
Bu nə qədər qanunidir?
Məsələ ilə bağlı Azərbaycan Hotellər və Restoranlar
Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm
Assosiasiyasının icraçı direktoru Samir Dübəndi Trend-ə bildirib ki,
qanunvericiliyə görə, vətəndaşlar hotel və istirahət mərkəzlərinə
yerləşən zaman nikah kağızı təqdim etməyə borclu deyil.
“Uzun illərdir ki, bir çox hotellər cütlüklərdən hotellərdə
yerləşməsi üçün nikah kağızını tələb edir. Bunun heç bir hüquqi
əsası yoxdur. Maraqlıdır ki, bu qayda ancaq yerli vətəndaşlara
tətbiq edilir. Xarici vətəndaşlardan nikah sənədi istənilmir. Biz
bunu illərdir ki, müşahidə edirik,” – deyə S.Dübəndi bildirib.
Twitter:@FaridZohrabov